Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - sürücülərin nəzərinə

Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - sürücülərin nəzərinə
1617 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanda "Formula-1" yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyunun 23-25-də paytaxtda keçiriləcək Azərbaycan Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.
 
Axşam.az-ın məlumatına görə, Bakı Şəhər Halqasından "APA-Economics"ə verilən məlumata görə, bu gündən etibarən trekin keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir.

Trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün saat 22:00-dan 06:00-dək baryerlərin quraşdırılması işləri aparılacaq.
 
Paytaxt sakinlərindən göstərilən müddət ərzində bu ərazidə avtomobillərini park etməmək xahiş olunur.