"Elza Seyidcahan adlı üzvümüz yoxdur" - Yazıçılar Birliyindən açıqlama

"Elza Seyidcahan adlı üzvümüz yoxdur" - Yazıçılar Birliyindən açıqlama
3205 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycan Yazıçılar Birliyinin Elza Seyidcahan adlı üzvü yoxdur. Onun quruma üzv qəbul olunması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir”.

Axşam.az-ın məlumatına görə, bunu Missiya.Az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bəstəkar-müğənni Elza Seyidcahanın AYB üzvlüyünə qəbul olunması barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirərkən deyib.

X.Rza qeyd edib ki, Elza Seyidcahan tanınmış bəstəkar və sevilən müğənnidir:

“O, peşəkar musiqiçidir və bu sahədə kifayət qədər uğurları var. Lakin Elza xanım AYB üzvü deyil”.