Arda Turan evlənir

Arda Turan evlənir
3458 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, futbolçu Arda Turan keçmiş sevgilisi Aslıhan Doğanla 6 aylıq ayrılıqdan sonra yenidən bir araya gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yığma komandanın oyunlarına görə Türkiyədə olan Arda Aslıhana görüş təklif edib. Təklifi qəbul edən Doğan onunla gizli görüşüb.

Onlar sevgili olduqları dövrdə aralarında yaranan problemləri müzakirə ediblər. Arda Aslıhanın evlilik şərtlərini qəbul edib. Arda evlənmək istəmədiyi üçün ayrılan cütlüyün tezliklə nikah masasına oturacağı deyilir.