Sabah əməkdar artistin qeyri-adi toyu olacaq

Sabah əməkdar artistin qeyri-adi toyu olacaq
4744 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabah əməkdar artist Naina İbrahimovanın toyudur.

Bu haqda məlumatı Axşam.az saytına aktrisanın özü verib. O, toyu və şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə son qoyub:

"Bu günə kimi başqa saytlarda adımdan yazılan bütün məlumatlar yanlışdır. Heç bir yerə açıqlama verməmişəm. Prodüserimin, həyat yoldaşımın adından müsahibələr yazırlar. Yalandan xəbər çıxdı ki, guya nişanlımla bir dəfə ayrılmışıq, toy olmayacaq. Həmin şayiələri yayanların nəzərinə çatdırım ki, biz 2008-ci ildən nişanlıyıq. Münasibətlərimiz çox gözəldir. Ailələrimiz bizi dəstəkləyir, onun valideynləri məni çox istəyir. Avqustda isə bizim rəsmi nikahımız olub. Bunu hamıdan gizlətdim.

O, həyatda yeganə insandır ki, mənim qəlbimi qazanıb. İndiyədək mən bütün fikrimi işimə yönəltmişdim, heç vaxt şəxsi həyatla maraqlanmamışdım. Ailəmlə, seçimimlə fəxr edirəm. Bundan sonra haqqımda yalan xəbər yazan hər kəsi məhkəməyə verəcəm. Biz xoşbəxtik, dedi-qodularla əhvalımızı heç kim korlaya bilməz”.

Toyun təşkilatçısı klipmeyker Zöhrab Ağayevdir. Zöhrab bir müddət əvvəl küsülü olduğu aktrisa ilə aralarındakı münasibətə də aydınlıq gətirib:

“İncikliyi aradan qaldırmışıq, münasibətlərimiz yaxşıdır. Toyun bütün təşkilati işləri mənə həvalə olunub. Mərasimə elit təbəqə dəvətlidir. Xalq artistlərimiz Flora Kərimova, İlhamə Quliyeva, əməkdar artist Sevda Ələkbərzadə, müğənni Emma Ələkbərzadə, bir çox aktyorlar və dövlət xadimləri məclisdə yer alacaq. Qeyri-adi bir toy planlaşdırılıb. Azərbaycanda bu günə qədər hələ belə bir toy olmayıb”.