Kıvanç Tatlıtuğ ABŞ-da filmə çəkiləcək

Kıvanç Tatlıtuğ ABŞ-da filmə çəkiləcək
1101 dəfə oxunub
  • A-
  • A
  • A+
Hazırda "Cesur ve Güzel" serialında çəkilən Kıvanç Tatlıtuğ ABŞ-a gedəcəyini deyib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor orada film layihəsində iştirak edəcəyini bildirib:

"Serial bitdikdən sonra təxminən ay yarım boşluq var. Bu müddətdə ABŞ-a gedəcəyəm və orada bir film çəkəcəyik. Filmdəki tək türk mənəm. Bunu ABŞ-da məşhurlaşacağım bir layihə kimi deyil, ssenarisini bəyəndiyim bir iş olaraq görmək istəyirəm. Çünki əsas ssenaridir və onun hansı ölkədən gəldiyinin önəmi yoxdur".