Nüşabə Ələsgərli anasından danışıb ağladı

Nüşabə Ələsgərli anasından danışıb ağladı
1426 dəfə oxunub
  • A-
  • A
  • A+
"Efirə çıxmağa hazırlıqlı deyildim. Fikirləşdim ki, gözüm yaşaracaq, ağlayacam. Həyat mənim üçün 3 il əvvəl gözəl idi, indi deyil".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Nüşabə Ələsgərli "10-dan sonra" verilişində deyib.

Anasını və bacısını itirən müğənni ağır günlər yaşadığını söyləyib. Göz yaşını saxlaya bilməyən N.Ələsgərli hər gün anasının yuxuda gördüyünü bildirib: 

"Onun qoxusunu heç kimdən ala bilmirəm. Heç ağlına gəlməzdi ki, rəhmətə gedəcək. Dedilər, çox üsyan edirsən. Adam edər də... Durduğu yerdə 48 ildir mənlə bərabər olan, canım, dostum anam ölüb. O qocalmadı... Fikirləşirdim ki, anam qocalar, divanda oturara... Mənim üçün o ölməyib. O biri dünyüya inanıram. Yuxularıma tez-tez gəlir. Son bir aydır gəlmir. Tək anam yox, 2 ay sonra bacım da getdi. Hər səhər oyananda onları gözüm gəzir. Əvvəl səhər yuxudan oyanmağıma peşman olurdum".