Diana Moskvada "Eurovision" gecəsinə qatılacaq

Diana Moskvada "Eurovision" gecəsinə qatılacaq
442 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada “Eurovision 2017” ilə bağlı gecə keçiriləcək.

Axşam.az xəbər verir ki, tədbir Moskvada aprelin 21-də baş tutacaq.

“Vegas City Hall”un konsert zalında təşkil olunan gecədə 9 ölkənin təmsilçisi iştirak edəcək. Onlar Azərbaycandan – Dihaj, Rusiyadan – Julia Samoilova, Bolqarıstandan – Kristian Kostov, Yunanıstandan – Demy, Moldovadan – SunStroke Project, İsraildən – Imri Ziv, İsveçrədən – Timebelle, İtaliyadan – Francesco Gabbani, Ermənistandan – Artsvikdir.

Konsertdə rusiyalı müğənnilər də çıxış edəcəklər.

Xatırladaq ki, "Eurovision"nun yarımfinalları Ukraynanın paytaxtı Kiyevdə 9 və 11 may, finalı isə 13 may tarixində baş tutacaq.