"Suda batmışdım, İlkin xilas etdi" - Mətanət

"Suda batmışdım, İlkin xilas etdi" -  Mətanət
8068 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mətanət Əsədova başına gələn hadisədən danışıb.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı “10-dan sonra” verilişində ölümdən döndüyünü deyib:

“Ölüb yenidən dirildim. İnanmazdım ki, gözümü açardım. Suda batmışdım. Məni həmkarım İlkin Əhmədov xilas etdi. Çatmasaydı öləcəkdim”.

Həmkarlarından danışan M.Əsdova onları qeyri-səmimi adlandırıb:

“İçdən məni çox istəyən azdır. Həmişə sözü düz deyən olmuşam. Üzünə can deyib, arxada danışırlar. Mən xanım ifaçılardan danışıram. Xalqın könlündə, yaddaşında qalan azdır. Mənim hər çıxışım böyük bir konsertdir”.