Türkiyədə evlilik proqramları ilə bağlı qərar verildi

Türkiyədə evlilik proqramları ilə bağlı qərar verildi
6953 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə evlilik proqramları ilə bağlı daha bir açıqlama verilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş nazirin köməkçisi Numan Kurtulmuş "Məqsədimiz bu proqramları qadağan etmək deyil, sadəcə bu telekanallar özlərini qaydaya salmalıdırlar. Onlara uyğun serial və ya veriliş ola bilər, ya da formatda dəyişiklik edilsin" deyib.

Bu açıqlama növbəti mövsümdən evlilik proqramlarının bağlanması haqda qəbul ediləcək qərarın gündəmdən düşməsi kimi şərh edilib.

Müzakirələrdə Türkiyənin ali televiziya qurumu RTÜK 2012-2014-cü illərdə TRT1-də yayımlanan "Böyle bitmesin" kimi serialları örnək göstərib və bu tipli proqram, serialların yayımlanmasını istəyib.
 
Lakin bütün bunlar tövsiyə xarakteri daşıyıb və evlilik proqramlarına heç bir qadağa tətbiq edilməyib.