Tünzalədən yeni mahnı: “Salam, Bakı – Könüllülərin Himni”

Tünzalədən yeni mahnı: “Salam, Bakı – Könüllülərin Himni”
435 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Tünzalə Ağayeva hal-hazırda “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səfirlərindən biridir.

Axşam.az-ın məlumatına görə, müğənni “Salam, Bakı – Könüllülərin Himni”ni adlı mahnı hazırlayıb. İfaçının könüllülərlə birgə oxuduğu bəstənin sözləri Bakı 2017 Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov və musiqisi T.Ağayevanın özünə məxsusdur. Himndə pop janrından istifadə olunsa da, milli musiqi alətlərimiz olan tar, qaval, zərb alətlərinin də ifası var.

“Salam, Bakı - Könüllülərin Himni”nin ifasında T.Ağayevaya könüllülərlə yanaşı, “Azərbaycanın səsi” yarışmasında fərqlənən ifaçılar da kömək edir.

Müğənni himndən söhbət açarkən aşağıdakıları vurğulayıb:
 
“Könülüllərlə birgə olmaq mənə şərəfdir, könüllü olmaq artıq öz işini dərk edərək, xüsusi zövqlə çalışmaq deməkdir. Hər hansi peşə üzrə könüllü kimi çalışmaq təcrübə baxımından gənclərimizə çox böyük şansdır”.