Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmasından danışdı - video

Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmasından danışdı - video
2043 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv olması xəbərinə aydınlıq gətirib.
 
Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda Yalçın Uğurun “Show time” verilişində qonaq olarkən danışıb: 

“Sizcə bu sevindirici, yoxsa təəccüblü xəbərdir? İnşAllah üzv olaram. Niyə tələsirsiniz ki? Hər şeyin öz vaxtı var. Mən bunun üçün Azərbaycan Yazıçılar Birliyinə də müraciət etməmişəm. Müraciət də etmərəm. Kitabım işıq üzü görmədən, Yazıçılar Birliyinə üzv olmaq üçün müraciət edə bilmərəm. Öz qələmimlə bir çox sirləri öyrəndim. Yeni kitabım 3 dildə çıxır. Azərbaycan, Rus və ingilis dilində. Amma Yazıçılar Birliyinə üzv olmaq üçün ilk kitab Azərbaycan dilində olmalıdır. Kitabım da hələ ki, ləngiyir”.

Xatırladaq ki, bir neçə gün öncə mətbuatda E.Seyidacahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olması xəbəri dərc edilmişdi.