Viktoriya Bekhem bunu ilk dəfə edir - fotolar

Viktoriya Bekhem bunu ilk dəfə edir - fotolar
4030 dəfə oxunub
  • A-
  • A
  • A+
Futbolçu Devid Bekhemin modelyer xanımı Viktoriya Bekhem yeni geyim kolleksiyasını təqdim edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hər zaman arıq insanlar üçün geyim hazırlayan modelyer bu dəfə kökləri də nəzərə alıb.

Onun apreldən etibarən satışa çıxaracağı paltarların çoxu XXXl ölçüsündə olacaq. Geyimlər hələ ki, yalnız Amerikada satılacaq.

Viktoriya nəinki ölçü ilə, eyni zamanda, geyimlərin qiyməti ilə də yenilik edib. Belə ki, yeni kolleksiyasında mallar o qədər də baha olmayacaq. Qadınlar bu dəfə 6 dollardan maksimum 70 dollara kimi pul xərcləməli olacaqlar.