Fərda, Pərvin və İslam Türkiyədə filmə çəkiləcək

Fərda, Pərvin və İslam Türkiyədə filmə çəkiləcək
5403 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Fərda Xudaverdiyev Türkiyədə filmə çəkiləcək.

Axşam.az-ın məlumatına görə, bu haqda ARB TV-yə açıqlama verən aktyor bildirib ki, "DADA" prodakşın tərəfindən lentə alınan "Yanlış anlama" adlı filmdə Azərbaycan və Türkiyə aktyorları yer alacaq.

Komediya janrında lentə alınacaq filmdə F.Xudaverdiyevlə yanaşı Pərvin Abıyeva, İslam Mehrəliyev də çəkiləcəklər.

F.Xudaverdiyev açıqlaması zamanı türkiyəli aktyor Şahan Gökbakara zarafatla söz atıb:

"Buradan Şahan abimə səslənmək istiyirəm: Bu işlər fiziklə olmur. Ekrandan vurmaq asandır. Gəl canlı canlı vur".

Qeyd edək ki, filmin çəkilişləri həm Türkiyə, həm də Azərbaycanda baş tutacaq.