Ölümündən 3 ay sonra dəfn edildi - foto

Ölümündən 3 ay sonra dəfn edildi - foto
2137 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 25-də, 54 yaşında dünyasını dəyişən əfsanəvi britaniyalı ifaçı Corc Mayklın dəfn mərasimi keçirilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Londonun Hayqeyt qəbiristanlığında, anasının məzarının yanında dəfn olunub.

Gizli keçirilən mərasimdə sadəcə 30 nəfər iştirak edib. Ölümündən 3 ay sonra dəfn edilən C.Mayklın sevgilisi Fadi Favaz vidalaşmanın baş tutduğu məkandan foto paylaşıb.