Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
606 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq.

Şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 13-18 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.