Yeni evlənən cütlük hamının gözü qarşısında mübahisə etdi

Yeni evlənən cütlük hamının gözü qarşısında mübahisə etdi
3500 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddət davam edən bal ayından sonra Türkiyəyə qayıdan aktyor Tolqahan Sayışman və Model Almeda Abazi bir filmin qala gecəsinə qatılıblar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalistlərin suallarını cavablandıran cütlük onların qarşısında mübahisə ediblər.

Yeni evlənən ikili səmimi açıqlamalar verdiyi anda Almeda "Tolqahan səliqəsizdir, şkafdan paltarlarını götürəndə hər yeri dağıdır" deyib. Tolqahan bu sözlərə təəccüblənərək "Sən lap dolu imişsən ki, insanların qarşısında nələr söyləyirsən" şəklində etiraz edib.

Aktyor müxbirlərin "Nişan üzüklərinizi həmişə taxırsınız" sualına "Mən üzüyü ürəyimə taxmışam" deyərək xanımının könlünü alıb və mübahisəni bitirib.