"Fərda Şahan Gökbaharı rinqə çağırdı" - Türkiyə mediası

"Fərda Şahan Gökbaharı rinqə çağırdı" -  Türkiyə mediası
932 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə mediası aktyor Fərda Xudaverdiyevdən yazıb.

Axşam.az-ın məlumatına görə, məqalədə F.Xudaverdiyevin Şahan Gökbahara söz atması qeyd olunub:

Yazıda “Azərbaycanın Cem Yılmazı kimi tanınan Fərda Amin “Yanlış adam” filmi ilə bağlı təqdimatda boks əlcəkləri geyinərək Şahan Gökbahara səslənib. O, “Şahan qardaş, bu işlər bədənə, ekrana baxmaz, gəl burada döyüşək” deyib” sözləri qeyd olunub.

Filmin aktyorlarından olan Hakan Bilgin “Şahanın bu zarafatı sevgi və anlayışla qarşılayacağını düşünürəm. Şahan heç kimin xətrinə dəyməmək üçün o səhnəni çıxardı. Ümid edirəm bizim filmimizi sevər və bizimlə Azərbaycana gələr” söyləyib.