Qadınlar burun əməliyyatı zamanı nəyə diqqət etməlidir?

Qadınlar burun əməliyyatı zamanı nəyə diqqət etməlidir?
9029 dəfə oxunub
  • A-
  • A
  • A+

Qadınlar hər zaman formada qalmaq, gözəl və qüsursuz görünmək üçün müxtəlif vasitələrə əl atıblar.

Bunlar arasında müasir dövrdə ən çox inkişaf edəni və yayılanı plastik cərrahi əməliyyatlardır. Plastik cərrahiyyə vasitəsilə xoşagəlməz burun düzəldilə, artıq piy qatları aradan qaldırıla, balaca sinə böyüdülə bilər. Bir xanımın gözəl və qüsursuz görünməsi üçün tibb elmində mövcud olan plastik və estetik əməliyyatlardan Bakıdakı "İstanbul FBM" klinikasının plastik cərrahı Abdulali Əliyev danışacaq.

 - Son vaxtlar plastik cərrahiyyədə ən çox hansı əməliyyat növü yayılıb?

 - Hazırda statistikaya görə bütün dünyada birinci yerdə ən çox icra olunan liposaksiya əməliyyatıdır. Azərbaycanda isə üz nahiyəsində dəyişiklik etmək istəyənlər daha çoxdur. Bunlar arasında isə burun əməliyyatı – rinoplastika ön sıradadır. Plastik cərraha müraciət edən 10 pasientdən 6 nəfəri burun estetikası üçün müraciət edir.Bunların təqribən 90 faizi xanımlar, 10 faizi isə kişilərdir. Üz görünüşünü dəyişmək çox da asan bir iş deyil. Gözəl burun əməliyyatı icra etməyi bacarmaqla hər pasienti razı salmaq olmaz. Hər 10 insandan 8-i təbii burun istəyir. Təbii burun deyəndə isə dəlikləri görünməyən, ucu çox da dik olmayan burun nəzərdə tutulur. 

 - Əməliyyatdan sonra bəzi problemlər ortaya çıxır. Məsələn, burun əyilir, əvvəlki görünüşünü itirir. Buna səbəb nədir?

 - Bu, burun dəstəyinin normal olmamasından irəli gəlir. Əməliyyat zamanı çəpərdə olan əyriliklər və estetik işlənmə qaydasında aparılmalıdır. Burun çəpərində olan əyriliyi aradan qaldırmaq mümkündür. Bəzi hallarda əyriliyi düzəltmək üçün  çəpəri tamamilə izolə edərək korreksiya aparıb yenidən öz mövqeyinə qaytarmaq lazım gəlir. Qığırdağın hafizəsi dediyimiz bir anlayış var. Onun zamanla əvvəlki yaddaşa geri qayıtması ehtimalı olduğu hallarda, qarşısını almaq üçün əməliyyatdan sonrakı ilk 2 ay müddətində buruna masaj edilməlidir.
Bir də insanları göz altı nahiyədə ləkə qalma halı narahat edir. Hər insanda piqment formalaşma xüsisiyətləri fərqlidir. Bəzən xəstələrdəbu cür piqmentasiyalar qısa müddətdə keçir.Bəzilərində isə 1 həftə hətta 10 gün müddətində davam edir. Əgər sorğu zamanı bu tip detallar dəqiqləşdirilirsə, hətta əməliyyatdan öncə profilaktik krem və tabletlər təyin olunur.

 - Xanımlar arasında ən çox müraciət edilən əməliyyatlardan biri də abdominoplastikadır. Bu əməliyyat kimlərə və hansı şəraitdə icra edilir?

 - Hamiləlik keçirən qadınlarda qarın hissədə artıq sallanmalar və çatlaqlar olur. Abdominoplastika vasitəsilə bunu asanlıqla aradan qaldırmaq mümükündür. Bu zaman kəsik izinin qalması pasienti narahat etməməlidir. O, görünməyəcək bir nahiyədə və kiçik olur. Əməliyyat vasitəsilə artıq piy çıxarılır, sallaq dəri dartılıb yenidən tikilir. Sonradan piy qatının geri qayıtması mümkün deyil. Bu zaman bel quruluşunun formalaşdırılması da mütləqdir. Əməliyyatdan sonra xəstə 4-6 həftə müddətində təyin olunmuş karset geyinməli, ağır yük qaldırmamalı və idmanla məşğul olmamalıdır. Pasient normal iş şəraitinə 10 gün müddətində qayıtmış olur.

 - Son vaxtlar plastik cərrahiyədə geniş yayılan əməliyyatlardan biri də gellərin dodaqdan çıxarılmasıdır...


 - Gellərin dodaqdan tamamilə çıxarılması mümkün deyil, çünki bu vasitələr inyeksiya üsulu ilə yeridilr. Söhbət təbii ki, sorulmayan dolğu vasitələri biopolimerlərdən gedir. Biz xanımlara bunu əvvəlcədən izah edirik. Dodağın ölçüsünü balacalaşdırmaq olur. Xanımlar adi salonlarda, klinikalarda gellər vurdururlar. Vurulan maddə toxumada zamanla reaksiya verməklə dodağın böyüməsinə, deformasiyaya, eybəcər forma almasına gətirib çıxarır.Gelin dodağa vurulması nə qədər asandırsa, onun çıxarılması bir o qədər çətindir. Bəzən bu tip gelləri süd vəzilərinə böyüdülməsi məqsədilə vururlar. Bu ən təhlükəli hallardır. Xanımlara məsləhət görürəm ki, sinə böyüdərkən qızıl standard olaraq slikonlara üstünlük verilməlidir. 

 - Müasir dövrdə slikonlardan təkcə çənə, sinə, baldır yox, qalça – sağrı nahiyəsi üçün də istifadə olunur...

 - Qalça estetikası xanımlar arasında son zamanlar daha populyarlıq tapan əməliyyatlardan biridir. Qalça implantları mövcud nahiyədə dəri altına yerləşdirildikdə, toxunulduqda bir çox hallarda hiss edildiyindən əzələ daxilinə yerləşdirilmə daha məqsəduyğun salınır. Bu halda xaricdən deformasiya yaratmır. Qalça implantları həm icra üçüntexniki cəhətdən,həm də əməliyyatdan sonrakı reabilitasiya müddəti və şərtləri baximindan daha ciddi yanaşma tələb edir. Xəstə rejimə uymalıdır. İlk 2-3 həftə müddətində yanıüstə oturmaq,arxası üstə uzanmaq olmaz. 3-4 həftə ərzində mütləq olaraq məsləhət görülən korsetdən istifadə edilməlidir.

Təbii ki, plastik cərrahiyyədə ən önəmli bir məqam mütəxəssis pasient münasibətinin doğru olaraq formalaşmasıdır, qarşılıqlı olaraq fikirləri düzgün anlamasıdır. Bu cəhət ümumi nəticədə hər iki tərəfin icra olunan estetik əməliyyatin nəticəsindən məmnunluğu şərtləndirir.

Ünvan: Koroğlu Rəhimov küç., 17

Tel.: (012) 465 85 00

Mob.: (051) 940 85 00