Heydər Əliyev Sarayında “Dan Ulduzu” adlı konsert keçiriləcək

Heydər Əliyev Sarayında “Dan Ulduzu” adlı konsert keçiriləcək
830 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Sarayında aprelin 18-də Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına "Dan Ulduzu” instrumental ansamblının konserti keçiriləcək.

Bu barədə Axşam.az-a sarayın mətbuat xidmətindən məlumat verilib.

Konsertdə xalq artistləri Nisə Qasımova, Faiq Ağayev, Samir Cəfərov, Nazpəri Dostəliyeva, Gülyaz Məmmədova, əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Abbas Bağırov, müğənnilər Elton Hüseynəliyev, Nadir Qafarzadə, Zamiq Hüseynov, Samir Piriyev, Nigar Şabanova, Rəşad İlyasov, Zabitə Alıyeva, Arzu Əliyeva, Rövşən Əziz, Şəhla Həmidova, Vüsalə Əsgərova və başqaları iştirak edəcəklər.

Konsertin bədii rəhbəri əməkdar artist Tariyel Abbasovdur.