"İndi klip çəkdirənə heykəl qoyulmalıdır" - Murad+video

"İndi klip çəkdirənə heykəl qoyulmalıdır" - Murad+video
1580 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Murad Arif "Saçların" adlı mahnısını və klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri və musiqisi ifaçının özünə aiddir. Ekran işinin rejissorluğunu Fərhad Əli edib. Klip Türkiyənin "Netd music world" "Youtube" kanalında yerləşdirilib.

M.Arif yeni işi ilə bağlı bunları deyib:

"Mahnı funk və disko janrlarındadır. Mahnıya uyğun olmağa çalışdım. İdeya müəllifi özüməm. Mahnı radiolardan tutdu,  hit oldu və buna görə də klip çəkdirmək qərarına gəldim. Ümumiyyətlə, klip kanalı olmayan ölkədə xərc çəkib klip çıxaran artistə heykəl qoyulmalıdır (gülür). Yaya qədər daha bir klip çəkdirəcəyəm".