Beren Saatın filmi ümidləri doğrultmadı

Beren Saatın filmi ümidləri doğrultmadı
1369 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktrisa Beren Saatın rol aldığı "Mənim dünyam" filmi ilk 3 gün ərzində ümidləri doğrultmayıb.

Axşam.az xəbər verir ki, Uğur Yücelin rejissorluq etdiyi kinonu təqdimatdan sonra cəmi 186 min nəfər izləyib.

Bu rəqəm proqnozlaşdırılan göstəricidən xeyli aşağı olub. Film Türkiyənin 400 kino mərkəzində nümayiş olunub.

Qeyd edək ki, Türkiyədə ilk 3 gündə ən çox izlənilən filmlər müvafiq olaraq "Receb İvedik 2" (1 mln 209 min nəfər), "Fetih 1453" (1 mln 161 min nəfər) və "Receb İvedik 3" (1 mln 153 min nəfər) olub.