Hakan Akkaya Azərbaycan qızlarında nəyi bəyənmir?

Hakan Akkaya Azərbaycan qızlarında nəyi bəyənmir?
4954 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bakıdan alacağım evin yerini dəqiqləşdirdim”

Bu yaxınlarda “Özünə bax” layihəsində Azərbaycan mediasından küsdüyünü deyən türkiyəli modelyer Hakan Akkaya Axşam.az saytına özəl müsahibə verib.

- Müsahibələrinizin birində haqqınızda şayiəni yayan insanı tanıdığınızı demişdiniz...

- Sizin mediadan çox incidim. Burada gerçək olmayan bir xəbəri yayımladılar. Bakını sevdiyim halda haqqımda belə dedi-qodunun işıqlandırılması məni pis etdi. Yalan danışmıram. Yalan danışanı sevmirəm, həyatımda belə birinə də yer yoxdur. O xəbəri mediaya yayan insanı tapdım. Türkiyədə yaşayan bir azərbaycanlı xanımdır.

- O da məşhurdur?

- Özünü məşhur hesab edir. Amma o heç kimdir. Eşitdim, gəlib burada deyir ki, Hakan Akkaya ilə dostuq. Mənim dostlarım dediyim insanlarla fotolarım mediada yayımlanır. Onunla bir şəklimiz belə maqazində yoxdur. Mənim Azərbaycanda bir dostum var, o da Ruhidir. Bir də buradakı müştərilərim.

- Bakıda ev alacağınızı demisiniz...

- Bu yay mütləq ev alacam. Bir Londonu, bir də Bakını çox sevirəm. Londonda da almağa hazırlaşıram. Buradan almağı düşündüyüm evin yerini də dəqiqləşdirmişəm. İçərişəhər tərəfdə olan binaları çox sevirəm. Oradan bir ev alacam. Mən İçərişəhərdə gəzməyi xoşlayıram. Bakının hər yerini gəzmişəm. Ev əşyaları almağı sevirəm. Hər dəfə İçərişəhəri gəzəndə çoxlu qədim əşyalar alıram.

- “Özünə bax” layihəsində qızlarımıza ən çox nəyi irad tutursunuz?

- Sizin qızlar çox bəzəklidirlər. Yaşına görə geyinmirlər. Bunları bəyənmirəm. Hər yerdə qızlarda yaşını böyütmək istəyi var. Bizdə gənc qızlar bir az sadə geyinirlər.

- Bakıda dəfilə keçirəcəyinizi və mağaza açacağınızı demisiniz. Bu, Azərbaycan üçün özəl hazırlanan kolleksiya olacaq?

 - Azərbaycan xanımlarını izləmişəm, nə tip geyimlər bəyəndiklərini bilirəm. Kolleksiyam Hakan Akkaya və Azərbaycan xanımlarının tərzinə uyğun olacaq. Daha sonra mağazamı açıb, geyimləri satışa çıxaracam. Mən sizin xanımları necə görmək istəyirəmsə, libaslarım da o tip olacaq.

Zəhra ƏHMƏDOVA

Foto: Məhəmməd OSMANOV