Ruhi türkiyəli qonaqlarına ziyafət verdi

Ruhi türkiyəli qonaqlarına ziyafət verdi
5909 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışmasının rəhbəri Ruhi Əliyeva ötən gün Bakıya gələn modelyer Hakan Akkaya və İvana Sərtə ziyafət verib.

Axşam.az-ın məlumatına görə, verilişi üçün bir çox məşhur simaları Bakıya gətirəcəyini vəd edən layihənin müəllifi türkiyəli qonaqlara şəhəri də gəzdirib.

Qeyd edək ki, İvana və Hakan bu gün “Özünə bax”ın saat 15:30-da yayımlanacaq buraxılışında qonaq olacaqlar.

Foto: Məhəmməd OSMANOV