21 yaşlı məşhur model intihar etdi - fotolar

21 yaşlı məşhur model intihar etdi - fotolar
2855 dəfə oxunub
  • A-
  • A
  • A+

Maldiv adalarında doğulub böyüyən məşhur model Raudha Athif intihar edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 21 yaşlı gözəl Banqladeşdə təhsil aldığı universitetin yataqxanasında özünü öldürüb. Təhsil ocağının rəhbərliyi bildirib ki, "Athif hər zaman çox xoşbəxt görünürdü".

Banqladeş polisinin verdiyi məlumata görə, modelin dostları otağa girməyə çalışdıqlarına qapı içərindən bağlı imiş. Onlar qapını sındırıb içəri giriblər. Dostları hadisənin intihar olduğuna inandıqlarını deyiblər.

Qeyd edək ki, yaşıl gözləri və gözəlliyi ilə məşhur olan R.Athif "Vogue" jurnalının Hindistan versiyasının üz qabığında yer almışdı. "Maldivli qız" fotosu ilə 2014-cü ildə məşhurlaşan Raudha "Modellik mənim üçün hobbidir. Əsl karyera hədəfim həkim olmaqdır" demişdi.