"Bunu sonuncu dəfə Röya ilə etmişdim" - video+fotolar

"Bunu sonuncu dəfə Röya ilə etmişdim" -  video+fotolar
1418 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Niyam Salami media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Dost olaq” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

N.Salaminin Turlan Təhməzli ilə duet şəklində səsləndirdiyi mahnının sözləri Xuraman Vəfaya, musiqisi Şadmehr Aqilliyə məxsusdur.

Aparıcılığını Lalə Əlimuxtarovanın etdiyi təqdimatda N.Salami yeni işindən danışıb:

“Əslində xeyli vaxt idi ki, belə bir tədbir keçirmək, jurnalistlərlə görüşmək istəyirdim. Açığı bunun üçün darıxmışdım. Bunu sonuncu dəfə Röya ilə etmişdim. Bir çoxları deyir ki, şou-biznesdə sakitçilikdi. Bu fikrin mənə heç bir dəxli yoxdur. Sənətimin üzərində işləyirəm. Yeniliklərim çoxdur. Nurlanla birgə ifa etdiyim bu mahnının da seviləcəyinə inanıram”.

Qeyd edək ki, “Dost olaq” klipinin rejissoru Elmar Məmmədovdur.

Foto: Ramin ASLANOV