"Kainat gözəlləri" podiuma çıxdı - Fotolar

"Kainat gözəlləri" podiuma çıxdı - Fotolar
3324 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kainat gözəli" müsabiqəsinin rəsmi sponsoru "YamamaY" yeni çimərlik geyimlərinin təqdimatını edib.

Axşam.az xəbər verir ki, Moskvada keçirilən tədbirdə yeni kolleksiya nümunələrini yarışma iştirakçıları geyinib.

Geyimlər xüsusi olaraq "Kainat gözəli" yarışması üçün hazırlanıb və ilk dəfə noyabrın 9-da konkursun final günündə dünyanın 20 gözəl qızı tərəfindən nümayiş olunacaq.

Qeyd edək ki, bəstəkar-müğənni Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən müsabiqənin finalı noyabrın 5-i və 9-da baş tutacaq. "Krokus Siti Holl"da keçiriləcək konkursda Azərbaycanı “Miss Azerbaijan 2012”nin qalibi Aysel Manafova təmsil edəcək.