"Abbas mənim oturub-duracağım insan deyil" - Brilliant

"Abbas mənim oturub-duracağım insan deyil" - Brilliant
1506 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova əməkdar artist Abbas Bağırovdan bərk inciyib.

Axşam.az-ın məlumatına görə, sənətçi həmkarı haqqında “Atv maqazin” verilişinə qalmaqallı açıqlama verib. B. Dadaşovanın “Başa düşdüm ki, Abbas mənim ətrafımda olacaq, oturub-duracağım bir insan deyil. Münasibətimiz artıq yoxdur” sözlərini A.Bağırov da cavabsız qoymayıb:

“O, xanımdır, mən isə kişiyəm. Bir kişi qadın haqqında danışmaz. Nə istəyir, qoyun o desin. Heç kimdən salamımı əksik etmirəm. Onu bundan sonra da haradasa görsəm, salam verəcəm. Salam alıb-almamaq onun mədəniyyətindən, tərbiyəsindən irəli gəlir”.

Əməkdar artist heç vaxt toylarda B. Dadaşovanın mahnısını oxumadığını bildirib:

“Brilliant guya toylarda kimin mahnısını oxuyur? Ancaq retro mahnıları götürüb yeni aranjimanda təqdim edir də. Mən heç vaxt məclisdə başqa müğənniyə yazılmış mahnı oxumamışam. Həmişə ya öz repertuarımdan, ya da dahi bəstəkarlarımızın musiqilərini səsləndirmişəm”.