“Rəqsanə zalı mənim hesabıma doldurdu”

“Rəqsanə zalı mənim hesabıma doldurdu”
1296 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Təranə Səmədova və müğənni Rəqsanə arasındakı qalmaqal bitmir.

Axşam.az-ın məlumatına görə, ANS telekanalında yayımlanan “Rövşanə ilə bazar səhəri” verilişinə qonaq olan Təranə yeni faktlar ortaya çıxarıb. O, Rəqsanənin solo konsert zamanı cəmi 200 biletinin satıldığını iddia edib:

“Rəqsanə 800 nəfərlik yerdə konsert verdi. Cəmi 200 bilet satılmışdı. Qalan 600 bilet isə şirkətlərə paylanıldı. Mənim sayəmdə zal adamla dolu idi. Konserti sponsor hesabına etmişdi. Hələ də həmin şirkətə borclu qalıb”.