"Ailəmə görə sənəti ata bilərəm" - Eldar

"Ailəmə görə sənəti ata bilərəm" - Eldar
1701 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2011”in qalibi Eldar Qasımov yeni fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Atv maqazin” dərgisi üçün fotokamera qarşısına keçib. Eyni zamanda maraqlı müsahibə verən Eldar ailə xatirinə sənəti tərk edə biləcəyini deyib:

“Ailə həyatı üçün sənəti atmaq olar. Digər müğənniləri deyə bilmərəm, amma bir neçə dostum var ki, evlənəndə qarşılarına müəyyən şərtlər qoydular və onlar da sevdikləri şəxsə görə nələrdənsə imtina etdilər. Sənəti atan bir şeydən arxayın olmalıdır – onun əlində başqa sənət varmı? Mənim də əlimdə başqa bir sənətin diplomu var. Slavyan Universitetinin “Diplomatiya” fakültəsini bitirmişəm. Artıq həmin sahə üzrə magistr də oldum. Bu sənəti seçməyimlə fəxr edirəm”.