"Özümə mağar toyu edəcəyəm" - Namiq

"Özümə mağar toyu edəcəyəm" - Namiq
1376 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu toy hazırlıqlarına başlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Space” telekanalında yayımlanan “Şou +” verilişinə açıqlamasında mərasimə kişi sənətçiləri dəvət edəcəyini bildirib:

“Artıq toy siyahımı hazırlayıram. Fikirləşmişəm ki, ancaq kişi toyu edim. Özü də restoranların birinin həyətində, mağar toyu planlaşdırıram. Tanıdığım xanım sənətçilərin məndən inciyəcəyini bilirəm”.

Uzun müddətdir yeni avtomobil alacağını deyən Namiq yaxın günlərdə maşınına qovuşacaq:

“Lexus” modelinin sonuncu 2014-cü il buraxılışıdır. Xaricdən almışam, amma hələ bura gətirilməyib. Yaxın günlərdə gələcək. Qeyd edim ki, Azərbaycanda heç kimdə bu maşından yoxdur”.

Noyabrda 35 yaşı tamam olacaq meyxanaçı ad gününü təmtəraqlı şəkildə qeyd edəcəyini bildirib.