Vasif Məhərrəmli "Əsli və Kərəm"inə təqdimat etdi - fotolar+video

Vasif Məhərrəmli "Əsli və Kərəm"inə təqdimat etdi -  fotolar+video
1699 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Vasif Məhərrəmli media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Əsli və Kərəm” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Bəstənin sözləri Gülnar Sultanovaya, musiqisi Fərid Kərimliyə aiddir.

Aparıcılığını Kamran Quliyevin etdiyi təqdimatda V.Məhərrəmli yeni işindən danışıb:

“Son günlər şou-biznesdə klip bazarı ölüb. Amma biz müğənninin işi yeni mahnı oxuyub, klip çəkdirib, konsert verməkdir. Buna görə də ildə ən az bir-iki klip lentə aldırmalıyıq. Çəkilişlərimiz soyuq havada baş tutdu. Aktyor və aktrisamız əziyyət çəkdi. İnanıram ki, tamaşaçılar ekran işini bəyənəcəklər”.

“Əsli və Kərəm”in rejissorluğu Ceyhun Kərimova həıvalə olunub.

V.Məhərrəmlinin təqdimat mərasiminə gələnlər arasında əməkdar artistlər Ədalət Şükürov, Mətanət İsgəndərli, Razi Şükürov və başqaları yer alıblar.

Foto: Ramin ASLANOV