Gənc bəstəkar-şairə Aysel Kərim Rəşad Məcidin “Səni üzməyəcəm daha” adlı şeirinə mahnı yazıb.

Axşam.az-ın məlumatına görə, mahnını xalq artisti Fidan Hacıyeva və müğənni Ələsgər Əliyev səsləndiriblər.

Lirik janrda olan bəstə artıq dinləyicilərin ixtiyarına verilib.

Qeyd edək ki, bu, Ayselin Rəşad Məcidin yaradıcılığına ilk müraciəti deyil. O, ötən il R.Məcidin “Fərqi yoxdur” şeirinə də mahnı yazıb. Həmin bəstəni isə əməkdar artist Gülüstan Əliyeva ifa edib.

Foto: Ramin ASLANOV

 
 
 
 
 
 


                 

Digər Xəbərlər