Oksana: "Dəyərli insanlardan evlilik təklifi almışam"

Oksana: "Dəyərli insanlardan evlilik təklifi almışam"
2999 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Oksana Rəsulova evlilik təklifi aldığını etiraf edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Şou +” verilişinə açıqlamasında bu cür təklifləri geri çevirdiyini bildirib:

“Bir neçə insan var ki, mənə evlilik təklif edib. Qəbul etməmişəm. Onlar çox dəyərli insanlardır. Biz insanların günahı da odur ki, belə dəyərli adamlara önəm vermirik”.

Veriliş boyunca bir çox etiraflar edən Oksana reper Elşad Xose haqqında verilən heç bir sualı cavablandırmayacağını deyib.