Acun məşhur kanalın sahibi olacaq

Acun məşhur kanalın sahibi olacaq
1981 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli teleaparıcı Acun İlıcalı haqqında yayılan xəbər böyük əks-səda doğurub.

Axşam.az xəbər verir ki, Acunun TV8 kanalını almaq istədiyi bildirilir.

Dünən aparıcı ilə kanal rəhbəri Mehmet Nazif Günal görüşərək bu haqda müzakirələr aparıb. A. İlıcalı bütün proqramlarını, həmçinin yeni layihələrini TV8-ə gətirmək və kanalın reytinqini yüksəltmək istəyir.

Günal bu təklifə cavab vermək üçün teleaparıcıdan 15 gün müddət istəyib. Digər iddiaya görə, Acun TV8-in reytinqini qaldırdıqdan sonra onu yüksək məbləğə satmaq niyyətindədir.