Ledi Qaqa “İlin qadını” seçildi

Ledi Qaqa “İlin qadını” seçildi
946 dəfə oxunub
  • A-
  • A
  • A+
Ledi Qaqa bu gün dünya məşhurları arasında ən çox müzakirə olunanlar sırasındadır.

Axşam.az xəbər verir ki, elə bu səbəbdən “Glamour” jurnalının Ledi Qaqanı “İlin qadını” seçməsi heç kimi təəccübləndirməyib.

Hətta müğənni dərginin dekabr sayının da üz qabığı olub. İfaçı jurnala olduqca səmimi müsahibə verib və karyerasında necə yüksəldiyindən danışıb. Özünə hədsiz güvəndiyini söyləyən Qaqa həyatda yerini tutduğunu düşünür:

“Mən hər zaman özüm kimi olmağa çalışıram. Məşhur olandan sonra da bu dəyişmədi. Qeyri-adilik mənim ruhumda var”. Özünü gözəl hesab edən Qaqa bunun o qədər də əhəmiyyət kəsb etmədiyini deyib:

“Düşünürəm ki, gözəllik düsturu olsaydı, mən ona uyğun gələrdim. Supermodel deyiləm, mən sadəcə musiqi ilə məşğulam. Buna ehtiyacım da yoxdur” .