Röyanın bu hərəkəti ona baha başa gəldi

Röyanın bu hərəkəti ona baha başa gəldi
2411 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxan ATV telekanalında yayımlanan “Onlar” verilişinə maraqlı açıqlamalar verib.

Axşam.az xəbər verir ki, sənətçi prodüseri Kənan Bayramovdan qorxduğunu etiraf edib. Buna səbəb isə onun konsertlərin birində gözlənilmədən etdiyi hərəkət olub:

“Rəqs zamanı səhnəyə stul qoyulur. Ssenariyə əsasən sonda həmin stulu götürüb atmalıyam. Bir dəfə stulu elə tulladım ki, sındı. Sən demə həmin oturacaq da satılıq imiş və qiyməti 3 min manat dəyərində olub. Həmin gündən Kənan deyir ki, Röya, stul atsan barmaqlarını sındıracağam. Mən də Kənandan qorxuram. (gülür)”.