Röyanın yeni klipindən ilk görüntülər yayıldı

Röyanın yeni klipindən ilk görüntülər yayıldı
1667 dəfə oxunub
  • A-
  • A
  • A+
"QOCALDIQCA BAŞIMA HAVA GƏLİR"

Müğənni Röya Ayxan “Mənəm” mahnısına çəkdirdiyi klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, ekran işinin ilk görüntüləri “Onlar” verilişində yayımlanıb.

Sözləri Cavid Qurbanov, musiqisi Nailə Mirməmmədliyə aid olan klipi türkiyəli Murad Küçüyün komandası lentə alıb.

Röya həmçinin deyib ki, Murad Arifin bir bəstəsini çox bəyənib və onu oxumaq niyyətindədir:

"Sonuncu konsertimdə isə sözləri Leyliyə, musiqisi Pərviz Mahmudova aid olan “Çarəsiz xəstəlik” mahnısını təqdim etdim. Çox enerjiliyəm. Qocaldıqca başıma hava gəlir". (gülür)