"Möhtəşəm yüz il"in məşhur aktrisası ailə qurur

"Möhtəşəm yüz il"in məşhur aktrisası ailə qurur
1820 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə çox sevilən "Möhtəşəm Yüz İl" teleserialında rol alan Nur Fettahoğlu ailə qurur.

Axşam.az xəbər verir ki, tanınmış aktrisa iş adamı Levent Veziroğlu ilə evlənir. Nikah mərasimi L. Veziroğlunun evində keçiriləcək.

Qeyd edək ki, "Möhtəşəm Yüz İl"də Sultan Süleymanın hərəmlərindən biri Mahidevran Sultan obrazını canlandıran Nur daha əvvəl Murat Aysanla evli olub. Muratla evliliyə son verdikdən sonra aktyor Necati Şaşmazla birlikdə olan N. Fettahoğlu gözlənilmədən onunla ayrılıb.