Elşad bitən evliliyi haqda: "Götür-qoy etmək lazım idi"

Elşad bitən evliliyi haqda: "Götür-qoy etmək lazım idi"
2614 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı İlkin Həsəninin ad günündə üz-üzə gələn reper Elşad Xose və rəqqasə Oksana Rəsulova bir-biriləri haqqında danışmaq istəməyiblər.
 
Axşam.az-ın məlumatına görə, Elşad “Onlar” verilişinə açıqlamasında onun üçün ailənin önəmli olduğunu deyib:

“Bu haqda heç nə danışmaq istəmirəm. Hadisələr bir çox şeylərlə bağlı idi. Bir az fikirləşmək, götür-qoy etmək lazım idi. Biz məşhur adamlarıq. Şəxsi həyatımızdan, onu gündəmə gətirməkdən nə qədər qaçsaq da, mümkün olmur. Hər bir insan üçün ailə əsasdır. Ailə, uşaq sevinci - bundan gözəl nemət yoxdur”.

Xatırladaq ki, 1 ilə yaxın evli qalan Elşad Xose və Oksana bu il boşanıb.