Miri Yusif sürpriz edəcək

Miri Yusif sürpriz edəcək
920 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Miri Yusif solo konsertindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Onlar" verilişinə müsahibəsində qonaqlara sürpriz edəcəyini bildirib. İfaçı səhnəni xalq artisti Zülfiyyə Xanbabayeva ilə bölüşəcəyini deyib:

“Konsertdə qonaqlarım say-seçmə ulduzlar olacaq. Zülfiyyə Xanbabayeva ilə duetimizi ifa edəcəyik. Tamaşaçılara sürprizlər hazırlamışam. Muğam olacaq. Mən nə xaricdən qrup gətirəcəm, nə də bekvokallar yığacam. Səhnədə ancaq Miri Yusif oxuyacaq”.

Miri Yusif gələcək planlarından da danışıb: “Əgər mənim konsertimə bilet alıb gəlirlərsə, deməli, dinləyicilərim çoxdur. Özümü təlabatlı müğənni hesab edirəm. Ənənəmə sadiq olaraq yayda Yaşıl Teatrda yenidən solo konsert verəcəm”.

Qeyd edək ki, Miri Yusif dekabrın 20-21-də Heydər Əliyev Sarayında konsert verəcək.