“Mən ancaq özümü tərifləyəcəm” – Natavan

“Mən ancaq özümü tərifləyəcəm” – Natavan
1075 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibi həmkarlarının ünvanına sərt sözlər deyib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Onlar” verilişinə açıqlamasında heç kimi tərifləməyəcəyini açıqlayıb:

“Efirdə heç kimin ünvanına yaxşı sözlər deməyəcəm. Ancaq özümü tərifləyəcəm. Çünki mənə heç kim maraqlı deyil. Bu sənət dünyasında sözünü deyən ifaçılar ancaq Vaqif Gərayzadənin yetirmələridir”.

Tamaşaçının qəlbinə yol tapmaq üçün yalnız yeni mahnılar təqdim edəcəyini deyən Natavan bu yaxınlarda Moskva səfərindən qayıdıb:

“Səfir Polad Bülbüloğlunun dəvəti ilə Moskvada keçirilən konsertə qatılmışdım. Orada Rusiyanın tanınmış müğənniləri və xalq artistimiz Faiq Ağayevlə eyni səhnəni bölüşdük. Maraqlı tədbir idi. Düşünürəm ki, tamaşaçının qəlbini qazanmaq üçün yeni mahnılar lazımdır. İndi Muxtarla təzə mahnı yazdırmışıq, çox seviləcək”.