Seksual modelyerə Bakıda brilyant bağışladılar - Fotolar

Seksual modelyerə Bakıda brilyant bağışladılar -  Fotolar
5241 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gündür şəhərimizin qonağı olan məşhur modelyer İvana Sert 34 yaşını Bakıda da qeyd edib.

Axşam.az xəbər verir ki, dünən ATV-də yayımlanan “Özünə bax” verilişinə qatılan İvanaya layihənin kollektivi sürpriz hazırlayıb. Belə ki, modelyerin şərəfinə canlı yayıma tort gətirilib.

Layihənin rəhbəri Ruhi Əliyeva isə qonağa gözlənilməz hədiyyə edib. O, İvanaya ad günü münasibətilə brilyant qolbaq bağışlayıb.

Zinət əşyasını çox bəyəndiyini deyən modelyer hər kəsə minnətdarlığını çatdırıb.

Qeyd edək ki, İ.Sert 1979-cu ilin 25 oktyabrında Serbiyada dünyaya gəlib.

Foto: Bəhruz ƏLİZADƏ