Murat Bozu məhkəməyə verdilər

Murat Bozu məhkəməyə verdilər
1148 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış türkiyəli müğənni Murat Boza qarşı 3 məhkəmə iddiası irəli sürülüb.

Axşam.az xəbər verir ki, ifaçının vokalistləri Ceren Yılmaz, Meltem Arslan və rəqqas Mertkan Tapan ondan şikayət edib.

Səbəb Murat Bozun adları sadalanan şəxsləri sığortasız işlətməsidir. Müğənni Sosial Müdafiə Qurumuna verilməli olan sənədləri təhvil verməyib. Əmək Məhkəməsinə müraciət edən şəxslər maddi və mənəvi təzminat tələb edir.