“Bu yaxınlarda yeni mahnım çıxacaq, klip də çəkdirəcəm. Məncə yay hitlərindən birinə çevriləcək”.

Bu sözləri Axşam.az-a açıqlamasında “Eurovision” təmsilçilərimizdən olan Səbinə Babayeva deyib.

Müğənni bildirib ki, heç bir stilist və prodüserlə çalışmır:

“Öz zövqümə uyğun geyinirəm. Stilistim, sponsorum, prodüserim yoxdur. Hər zaman təkbaşına olmuşam. Müğənnilər var ki, stilistlə məsləhətləşməmiş cəmiyyət içinə çıxmırlar. Hansısa bir layihə hazırlayanda stilistə müraciət edirəm. “Eurovision” ərəfəsində də bəzi məqamlar olurdu ki, mənim xoşuma gəlmirdi. Amma mən onlarla razılaşmağa məcbur idim. Haqqım da yox idi ki, etiraz edim”.

Xeyli arıqlaması ilə də diqqət çəkən S.Babayeva idmanla məşğul olduğunu deyib:

“Ciddi pəhriz saxlamıram. Ürəyim nə istəyirsə, yeyirəm. Canımı çox istəyirəm... İdmana başlamışam".

Foto: Ramin ASLANOV