İzzət Bağırov bığ saxladı - Fotolar

İzzət Bağırov bığ saxladı - Fotolar
1959 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırov yeni imici ilə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, bığ saxlayan sənətçi “Pərdə” verilişinə açıqlamasında şou-biznesə daha bir imici dəb salmasından söz açıb. Hər zaman həmkarlarına örnək olduğunu deyən İzzət maraqlı açıqlama verib:

“Böyük bir dəyişiklik etməmişəm, sadəcə bığ saxlamışam. İndi bilirəm ki, şou-biznesdə hamı bığ saxlamağa başlayacaq. Bu aləmdə bir çox şeyləri mən gündəmə gətirmişəm: İzzətdən sonra saqqal saxladılar, varatnikli köynək geyindilər. Səhnədə mikrofonu atıb-tutmağı məndən öyrəndilər. Həmişə örnək olmuşam”.

Bir müddət əvvəl meyxanaçı Namiq Qaraçuxurlu xaricdən gələn sənətçilərə böyük dəyər verilməsindən şikayət etmişdi. Sənətçinin bu sözlərinə İzzət də dəstək olub:

“Hərdən elə müğənnini gətirirlər ki, onu ölkəsində heç kim tanımır. Amma bizdə onu təmtəraqla qarşılayırlar, hava limanına gedirlər, konsertdə özlərinə əl qatırlar, adam təəccüblənir. İstərdim ki, özümüzə dəyər verək. Öz ifaçılarımızı qiymətləndirək. Bu sözlərimə görə kimsə bostanıma daş atarsa, cavabını da alacaq. Amma efirdə yox, pərdə arxasında”.

Ailəsini mediadan gizlədən İzzət ilk dəfə bu haqqında danışıb:

“Ailə üzvlərimi gündəmə gətirməyi, efirə çıxarmağı xoşlamıram. Əlbəttə, mən də ailəmlə məclislərə gedirəm, əyləncə mərkəzlərində istirahət edirəm. Mənim üçün ailə sənətdən daha əhəmiyyətlidir.

Oğlumu çox yerə özümlə aparıram. O, balacadır, istədiyini etməliyəm. Ağlı kəsmir ki, atası tanınmışdır, parka getmək olmaz. Buna görə də istəklərini yerinə yetirirəm”.