“Pəltək cücə”nin premyerası olub

“Pəltək cücə”nin premyerası olub
323 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Uşaq Teatrında “Pəltək cücə” tamaşasının premyerası olub.

Axşam.az xəbər verir ki, İlhamə Əhmədovanın quruluşunda təqdim edilən tamaşa türk nağılı əsasında hazırlanıb.

Tamaşada məqsəd uşaqlarda qüsuru olanlara gülməməyi, onlara qayğı ilə yanaşmağı aşılamaqdır. Tamaşanın musiqi tərtibatı Mahir İbrahimli, xoreoqrafı Könül Şahbazova, mahnıların mətnləri Rəfael Muradxanlınındır.