Məşhur "Calvin Klein" brendi yeni reklam kampaniyasında Kirsten Danst, Natali Lav, Lora Herrier, Raşida Cons və digər məşhurları çəkib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar arasında diqqət çəkən 73 yaşlı model Loren Hatton olub.

O, marka üçün kamera qarşısına alt paltarda çıxıb.

Kampaniyanın rejissoru isə Sofiya Koppola olub.