Aygün Kazımova bu mahnını türk dilində oxudu - audio

Aygün Kazımova bu mahnını türk dilində oxudu -  audio
1461 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova “Səni belə sevmədilər” mahnısını yeni versiyada təqdim edib.

Axşam.az-ın məlumatına görə, müğənninin “Seni böyle sevmediler” adı verdiyi mahnısının miksi Emre Kırala, aranjimanı Hakan Erola məxsusdur.

Bəstənin sözlərini Leyli Erol, musiqisini isə Hakan Erol yazıb.

Yeni mahnısından danışan A.Kazımova yaradıcılığının 30 illik yubileyinə görə, əksər layihələrini müvəqqəti dayandırdığını bildirib:

"Arama beni" və "Seni böyle sevmediler" mahnılarım Türkiyədə işıq üzü görməli idi. Eyni zamanda bu mahnılara orada klip də çəkilməli idi. Amma "Crystal hall"da verəcəyim konsertimə görə, həmin layihələri müvəqqəti dayandırmışam. Bütün vaxtımı sağlamlığıma və konsertimin məşqlərinə həsr edirəm. Bunun üçün mütəmadi olaraq xaricə gedib gəlməli oluram. Konsertim dünya standartlarına cavab verəcək bir iş olacaq".