“Qız qalası” təqdim olundu

“Qız qalası” təqdim olundu
300 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində xalq artisti, bəstəkar Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti təqdim olunub.

Axşam.az xəbər verir ki, səhnə əsəri görkəmli bəstəkarın 110 illiyi çərçivəsində nümayiş olunub.

Səhnə əsərində rolları xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər Tamilla Məmmədzadə və Makar Ferştandt ifa edib.

Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur.

Qeyd edək ki, “Qız qalası”nın ilk nümayişi 1940-cı il aprelin 16-da baş tutub.