Faiq Ağayev niyə təəssüfləndi?

Faiq Ağayev niyə təəssüfləndi?
1030 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayevin “Səni əvəz eləmir” mahnısının özbək müğənnisi Abzal Husanov tərəfindən ifa edilməsi ilə bağlı xəbər yayılıb.

Axşam.az-ın məlumatına görə, müğənni oğurlanmış mahnısı ilə bağlı açıqlama verib. 106.3 FM-də yayımlanan “Müleyli” şousuna telefonla bağlanan xalq artisti müəlliflərin adının qeyd edilməməsinə görə təəssüfləndiyini deyib:

“Kaş ki klipdə Gülər Həsənova və Sabir Rüstəmxanlının adları qeyd edilərdi. Halallıq alsaydılar, daha yaxşı olardı. Aranjiman yaxşıdır. İfaya gəldikdə isə, yaxşı olmasa da, bərbad da deyil. Klipin ssenarisini bəyəndim. Amma ifanı elə təqdim edib ki, sanki burada qəm-kədər yox, pozitivlik var. Bunları eqoistlik nöqteyi-nəzərdən demirəm. Mən heç öz hüquqlarımı da nəzərdə tutmuram, məni narahat edən müəlliflər oldu”.

Qeyd edək ki, Faiq Ağayev “Səni əvəz eləmir” mahnısını 1995-ci ildə ifa edib.